Gömrük qaydalarının pozulmasına görə iki nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gürcüstanın gömrük sərhədində külli miqdarda mal daşınması qaydalarını pozduqlarına görə iki Gürcüstan vətəndaşını saxlayıblar.



Qurumdan verilən məlumata görə, aparılan istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin, xüsusən külli miqdarda qızıl və gümüş əşyaları "Sarpi" gömrük keçid məntəqəsindən qaçaq yolla keçirdikləri məlum olub.

"İstintaq tədbirləri nəticəsində ümumi gömrük dəyəri 76 000 larini keçən ümumilikdə 701,67 qram qızıl və 26,54 qram gümüş əşyalar götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilədək həbs cəzasını nəzərdə tutan 214-cü maddəsinin ikinci hissəsi ilə istintaq aparılır”,
– deyə məlumatda bildirilib.

 

Mənbə: Birinci Kanal

 

Print Email
FaceBook Twitter Google