Polis Xaşuridə qanunsuz silah və sursat ələ keçirib, bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Şöbəsinin Xaşuri Rayon Bölməsinin əməkdaşları odlu silah və sursatların qanunsuz alınması, saxlanması və daşınması ittihamı ilə 1986-cı il təvəllüdlü Ç.O.-nu saxlayıb.

Törədilmiş cinayətə görə 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.

"Hüquq-mühafizə orqanları Xaşuri-Surami mərkəzi magistral yolunda hərəkət edərkən təqsirləndirilən şəxsləri dayandırıb. Nəqliyyat vasitəsinə baxış zamanı avtomat silahlar, müxtəlif çaplı 745 ədəd patron və avtomatik odlu silah üçün ehtiyat hissələri sübut kimi müsadirə edilib.

Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah və sursat alması, saxlanması və daşınmasını nəzərdə tutan 236-cı hissəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır”,
– məlumatda bildirilib.


Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google