Gürcüstandan Azərnaycana gedən yük avtomobillərində qanunsuz siqaretin keçirilməsinin qarşısı alınıb
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gedən "Mercedes-Benz" və DAF markalı yük avtomobilləri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 3 600 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google