Tbilisidə "Spar" mağazasını qarət etdikləri üçün üç nəfər həbs olunub
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri çərçivəsində dəstə soyğunçuluğu ittihamı ilə 3 nəfəri həbs ediblər: 2001-ci il təvəllüdlü Q.Ç., 1998-ci il təvəllüdlü O.Q. və 2000-ci il təvəllüdlü D.S. Tbilisidə saxlanılıb.

"İstintaq nəticəsində təqsirləndirilən şəxslərin Tbilisidə Vaja-Pşavela prospektindəki "Spar" mağazasında soyuq silahla kassirlərin hədələyərək kassalardan pul oğurladıqları və hadisə yerindən qaçdıqları aydın olub.

Polis əməkdaşları iş üzrə aparılan təcili istintaq tədbirləri nəticəsində Q.Ç., O.Q. və D.S.-nı, hadisədən bir neçə saat sonra isti izlərlə saxlayıb.

Təqsirləndirilən şəxslərdən birinə – Q.Ç.-yə məxsus mənzildə axtarış aparılarkən 1375 lari oğurlanmış pul, həmçinin cinayətdə istifadə olunmuş soyuq silahlar – iki ədəd bıçaq ələ aşkarlanaraq müsadirə edilib”,
– DİN-in açıqlamasında bildirilir.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qrup şəklində soyğunçuluğu nəzərdə tutan 179-cu maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə istintaq aparılır. Törədilmiş cinayətə görə 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutulur.


Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google