Zuqdididə 85 yaşlı qadını qatar vurub.
Yerli "LivePress" nəşrinin verdiyi məlumata görə, zərərçəkən
Zuqdidi Referral Xəstəxanasına aparılıb. Qadının vəziyyəti
kritikdir.
Daxili İşlər Nazirliyindən On.ge-yə verilən məlumata görə, hadisə
ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa zərər vurmaqla
nəticələnən dəmir yolu təhlükəsizliyi və ya istismar qaydalarının
pozulmasını nəzərdə tutan 275-ci maddəsinin 2-ci hissəsinə əsasən
istintaq aparılır.