Zuqdididə yaşlı bir qadını qatar vurub
Zuqdididə 85 yaşlı qadını qatar vurub. Yerli "LivePress" nəşrinin verdiyi məlumata görə, zərərçəkən Zuqdidi Referral Xəstəxanasına aparılıb. Qadının vəziyyəti kritikdir.

Daxili İşlər Nazirliyindən On.ge-yə verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa zərər vurmaqla nəticələnən dəmir yolu təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 275-ci maddəsinin 2-ci hissəsinə əsasən istintaq aparılır.

Mənbə: On
Print