Xaşuri restoranında mübahisə zamanı iki nəfər yaralanıb
Xaşuridəki restoranların birində baş verən fiziki qarşıdurma zamanı iki nəfər yaralanıb.

Məlumata görə, iki fərqli masada əyləşənlər arasında mübahisə baş verib.

Yaralılar Xaşuri Referral Xəstəxanasına aparılıb. Klinikanın verdiyi məlumata görə, hər iki şəxs soyuq silahla yaralanıb. Birinin vəziyyəti xüsusilə ağır olub.

Hadisə ilə bağlı Gürcüstan Cinayyət Məcəlləsinin 117-ci maddəsinə əsasən istintaq başladılıb.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google