Rustavidə nə qədər qəza baş verib
Mart ayında "Info Rustavi"- nin obyektivindən, Rustavi və ətraf inzibati sərhədlərində 10 yol qəzası baş verib.

Xatırladaq ki, fevral ayına nisbətən qəzaların sayı bir qədər artıb.

Təəssüf ki, ötən ay baş verən yol qəzalarında 6 nəfər yaralanıb.

Mart ayında Rustavi-Lilo yolunda, Kutaisi, Davit Qareci, Rustaveli və Modebadze küçələrində, 12-ci mikrorayonda, köhnə bazar və qəbiristanlığın yaxınlığında və Dostluq prospektində yol qəzaları qeydə alınıb.

Sözügedən avtomobil qəzalarının əksəriyyəti məhz Dostluq prospektində baş verib.

Qeyd edək ki, mart ayında komendant saatı ərzində və ya komendant saatının başlamasından bir neçə dəqiqə əvvəl heç bir qəza qeydə alınmayıb.

Print Email
FaceBook Twitter Google