Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları
keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vergidən
yayınma ilə bağlı iki fakt aşkar ediblər
və iki şirkətin rəhbərlərinə qarşı ittiham irəli sürüblər.
"İstintaq nəticəsində Tbilisi və Batumidə fəaliyyət
göstərən şirkətlərin rəhbərləri vergi qanunvericiliyinə zidd olaraq
sistematik şəkildə gəlirləri səhv göstəriblər və müvafiq vergilərə
düzgün şəkildə cəlb olunmayıblar, beləliklə külli miqdarda vergi
ödəməkdən yayınıblar.
Vergi yoxlamaları nəticəsində bir halda vergi ödəyicisi 281 123
lari əsas vergi daxil olmaqla dövlət büdcəsi lehinə 426 711 lari,
ikinci halda isə 111 667 lari əsas vergi daxil olmaqla, 168 009
lari ödəyib", – İstintaq Xidmətindən bildiriblər.
Qurumdan verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət
Məcəlləsinin 218-ci maddəsinin birinci və ikinci hissələri ilə
istintaq aparılır. Törədilmiş cinayətə görə 5 ildən 8 ilədək həbs
cəzası nəzərdə tutulur.