İstintaq Xidməti külli miqdarda vergidən yayınma faktları aşkar edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vergidən yayınma ilə bağlı iki fakt aşkar ediblər və iki şirkətin rəhbərlərinə qarşı ittiham irəli sürüblər.

"İstintaq nəticəsində Tbilisi və Batumidə fəaliyyət göstərən şirkətlərin rəhbərləri vergi qanunvericiliyinə zidd olaraq sistematik şəkildə gəlirləri səhv göstəriblər və müvafiq vergilərə düzgün şəkildə cəlb olunmayıblar, beləliklə külli miqdarda vergi ödəməkdən yayınıblar.

Vergi yoxlamaları nəticəsində bir halda vergi ödəyicisi 281 123 lari əsas vergi daxil olmaqla dövlət büdcəsi lehinə 426 711 lari, ikinci halda isə 111 667 lari əsas vergi daxil olmaqla, 168 009 lari ödəyib",
– İstintaq Xidmətindən bildiriblər.

Qurumdan verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 218-ci maddəsinin birinci və ikinci hissələri ilə istintaq aparılır. Törədilmiş cinayətə görə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur.

Mənbə: Birinci Kanal
Print