Daxili İşlər Nazirliyi Vladimir Poznerə yazılmış cərimənin qəbzini yayımlayıb
Daxili İşlər Nazirliyi Rusiyalı jurnalist Vladimir Poznerə yazılmış cərimənin qəbzini yayımlayıb.

Qurumdan verilən məlumata görə, müxtəlif mətbuat orqanları martın 31-i təcrid və karantin qaydalarını pozan qonaqların cərimə olunmadığı barədə yanlış məlumatlar yayıblar.


"Yüksək ictimai marağı nəzərə alaraq, inzibati cərimənin yazıldığını elan edirik və burada bir daha bildiririk ki, Patrul Polis Şöbəsi tərəfindən təcrid və karantin qaydalarını pozduğuna görə 32 nəfər 42 (10)-cu maddə ilə cəzalandırılıb. Onlar bundan sonra ölkəni tərk etdilər", – Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google