Rustavidə oğurluq faktı
Rustavidə oğurluq faktı.

"Info Rustavi"-nin verdiyi məlumata görə, XII mikrorayonda 9 lift oğurlanıb. Naməlum şəxslər liftin mühərriki üçün nəzərdə tutulmuş dəmir şkafın içinə girərək əlvan metal oğurlayıblar.

Rustavi polisi, istintaq tədbirləri nəticəsində oğurluq faktına görə 2 yetkinlik yaşına çatmamış şəxsi ifşa edib.

Əldə olunan məlumatlara görə, oğurlanmış metal sübut kimi götürülüb.

Baş verənlər səbəbindən bir neçə binanın sakinləri liftsiz qalıb.

Print Email
FaceBook Twitter Google