Liloda qaz partlaması nəticəsində 55 yaşlı qadın həyatını itirib
Aprelin 4-də Liloda yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 55 yaşlı qadın həyatını itirib.

Fövqəladə Hallar İdarəetmə Xidmətindən "Netgazeti"-yə bildirilib ki, qaz partlaması nəticəsində evdə tək olan bir nəfər yaralanıb və təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Daha sonra Fövqəladə Hallar İdarəetmə Xidməti "Netgazeti"-yə verdiyi məlumatda yaralının ölümünü təsdiqləyib.

Qurumdan verilən məlumata görə, təcili yardım briqadası başqa bir çağırışa görə yan binada olduqları üçün hadisə zamanı partlayış səsini eşidib və dərhal partlayış yerinə gəlib, lakin yaralını xilas etmək mümkün olmayıb.

Fövqəladə Hallar İdarəetmə Xidmətindən verilən məlumata görə, əhali binadan təxliyyə olunub və aidiyyəti qurumlar, o cümlədən xilasedicilər hadisə yerinə cəlb edilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google