Polis Rustavidə yaralanma faktı ilə bağlı bir nəfəri həbs edib
DİN Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü N.T.-ni qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə həbs edib.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

"Aparılan istintaq nəticəsində bu il aprelin 4-də Rustavidəki yaşayış binasının həyətində təqsirləndirilən şəxsin qonşusunu – 1978-ci il təvəllüdlü Q.M.-ni soyuq silahla yaralayaraq hadisə yerindən qaçdığı aydın olub. Yaralanan şəxs klinikaya aparılıb, müalicə alıb”, – məlumatda bildirilib.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır.

Törədilmiş cinayətə görə 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulur.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google