Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlıların yaşadığı
Qabal kəndində insident olub.
Hadisə zamanı gəncə soyuq silahla xəsarətlər yetirilib.
Yerli sakinlərin sözlərinə görə, insidentdən öncə mübahisə baş
verib.
Qarın nahiyəsindən yaralanan şəxs xəstəxanaya çatdırılıb. O,
əməliyyat olunub, vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda operativ
əməliyyat-axtarış və ehtimal olunan cinayətkarın müəyyən edilməsi
və saxlanılması üzrə tədbirlər həyata keçirilir.
Yayılan məlumatlara əsasən, bıçaqlanan şəxs kəndin mərkəzində
yerləşən kafelərdən birinin sahibinin oğludur. Onun masa arxasında
qonaqla mübahisə etdiyi bildirilir.
Mənbə: report.az