Marneulidə maşın piyadanı vurub (VİDEO)
Marneulidə, Rustaveli küçəsində maşın piyadanı vurub. Hadisə 7 aeprel tarixində günorta saatlarında baş verib. Şahidlərin sözlərinə görə, 60 yaşlarında kişi piyada hərəkət edirmiş və bu zaman onu maşın vurub. Hadisə yerinə patrul polisi cəlb edilib. Xəsarət alan təcili yardım briqadası tərəfindən xəstəxanaya yerləşdirilib.

“Aversi” klinikasından bildirirlər ki, xəsarət alan şəxsin sərxoş vəziyyətdə olduğu güman edilir. Hazırda tomoqrafiya müayinələri aparılır.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, baş vermiş faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə avtomobil, tramvay, trolleybus, traktor yaxud başqa mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən hərəkət təhlükəsizliyi yaxud istismar qaydasının pozulmasını və insan sağlamlığına az ağır zərər vurmasını nəzərdə tutur.




Print Email
FaceBook Twitter Google