Kutaisidə bir neçə avtomobil toqquşub. "Rustavi2"-nin məlumatına
görə, piyada avtomobil yolunda hərəkət edirmiş, bu zaman mikro
avtobus anidən dayanıb.
Bundan sonra 3 avtomobil bir-birilə toquşub.
Ziyan dəymiş maşınlar arasında hərbi polis avtomobili də var.
Maşında Müdafiə Nazirliyinin əməkdaşları olub.
Həmçinin, sərnişin mikroavtobuslarına da ziyan dəyib. Onlar
Kutaisidən Tbilisiyə sərnişin gətirirmiş.
Bir nəfər xəsarət alıb. O, təcili yardım qrupu tərəfindən
xəstəxanaya çatdırılıb. Hadisə yerinə patrul polisi cəlb
olunub.
Mənbə: report.ge