Dmanisinin polis rəisinin müavini həbs olunub
Kvemo Kartli Polis Şöbəsinin Dmanisi rayonu Bölmə Rəisinin müavini vəzifəsindən sui-istifadə və qəsdən qanunsuz həbs ittihamı ilə həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyindən "İnterpressNews"-a məlumat verilib. Qurumdan verilən məlumata görə, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz olaraq odlu silah alqı-satqısı və saxlama ittihamı ilə vətəndaşlardan birinin qanunsuz həbsini təmin edib.

"Daxili İşlər Nazirliyi Baş Müfəttişliyinin əməkdaşları Kvemo Kartli Rayon Prokurorluğunun əməkdaşları ilə birgə istintaq və əməliyyat tədbirləri nəticəsində Ş.Z., vəzifəsindən sui-istifadə və qəsdən qanunsuz həbs etdirmək ittihamı ilə həbs olunub.

Törədilmiş cinayətə görə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur.

Aparılan istintaq nəticəsində Ş.Z.-nin rəsmi səlahiyyətlərindən sui-istifadə etdiyini və qanunsuz olaraq odlu silah alqı-satqısı və saxlama ittihamı ilə vətəndaşlardan birinin qanunsuz tutulmasını təmin etdiyini müəyyənləşdirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 147 və 332-ci maddələri ilə istintaq başladılıb”,-deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Print Email
FaceBook Twitter Google