Kvemo Kartli Polis Şöbəsinin Dmanisi rayonu Bölmə Rəisinin müavini
vəzifəsindən sui-istifadə və qəsdən qanunsuz həbs ittihamı ilə həbs
olunub.
Bu barədə Daxili İşlər Nazirliyindən "İnterpressNews"-a məlumat
verilib. Qurumdan verilən məlumata görə, təqsirləndirilən şəxs
vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz olaraq odlu
silah alqı-satqısı və saxlama ittihamı ilə vətəndaşlardan birinin
qanunsuz həbsini təmin edib.
"Daxili İşlər Nazirliyi Baş Müfəttişliyinin əməkdaşları Kvemo
Kartli Rayon Prokurorluğunun əməkdaşları ilə birgə istintaq və
əməliyyat tədbirləri nəticəsində Ş.Z., vəzifəsindən sui-istifadə və
qəsdən qanunsuz həbs etdirmək ittihamı ilə həbs olunub.
Törədilmiş cinayətə görə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə
tutulur.
Aparılan istintaq nəticəsində Ş.Z.-nin rəsmi səlahiyyətlərindən
sui-istifadə etdiyini və qanunsuz olaraq odlu silah alqı-satqısı və
saxlama ittihamı ilə vətəndaşlardan birinin qanunsuz tutulmasını
təmin etdiyini müəyyənləşdirilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 147 və 332-ci maddələri
ilə istintaq başladılıb”,-deyə Daxili İşlər Nazirliyinin yaydığı
məlumatda bildirilib.