Duşetidə yol qəzası baş verib - bir nəfər həyatını itirib
Duşetidə yol qəzası baş verib. Hadisə zamanı yük maşını ilə minik avtomobil toqquşub. Qəza nəticəsində yük maşını aşıb.

Yük maşınının sürücüsü aldığı xəsarət nəticəsində yerindəcə keçinib.

Avtomobilin sürücüsü təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Daxili İşlər Nazirliyindən report.ge-yə verilən məlumata görə, hadisə Gürcüstan Cinayət Məcəlləsinin insan ölümü ilə nəticələnən yol hərəkəti və ya təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin 6-cı hissəsi ilə araşdırılır.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google