Tbilisi yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsində polis
xüsusi əməliyyat keçirir.
Verilən xəbərə görə, külli miqdarda narkotik vasitələrin satışı
üzrə şəbəkənin ifşa olunduğu bildirilir.
Məlumata əsasən, saxlanılan şəxslər bir ailənin üzvləridir və
onların arasında uşaqlar da var.
Məsələ ilə bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir.
Mənbə: report.az