Poniçalada polis xüsusi əməliyyat keçirib
Tbilisi yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsində polis xüsusi əməliyyat keçirir.

Verilən xəbərə görə, külli miqdarda narkotik vasitələrin satışı üzrə şəbəkənin ifşa olunduğu bildirilir.

Məlumata əsasən, saxlanılan şəxslər bir ailənin üzvləridir və onların arasında uşaqlar da var.

Məsələ ilə bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir.

Mənbə: report.az
Print