Polis, Axmetada baş verən yaralanma faktının üstünü açıb
Daxili İşlər Nazirliyinin Axmeta Rayon Bölməsinin Kaxeti Polis Şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü Z.C.-ni saxlayıb. Törədilmiş Cinayətə görə 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyindən Report.ge-yə verilən məlumata görə aparılan istintaq nəticəsində təqsirləndirilən şəxsin 1983-cü il təvəllüdlü İ.K. ilə mübahisə etdiyi və onu başından vurularaq hadisə yerindən qaçdığı müəyyənləşdirilib.

Qanun icraçıları, "isti izlərlə" aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Z.C.-nı hadisədən bir neçə saat sonra Axmetada saxlayıb.

Polis silahı sübut kimi götürüb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ziyan vurulması və odlu silahların qanunsuz olaraq alınıb saxlanılması faktının nəzərdə tutan 118-ci və 236-cı maddələri ilə istintaq başladılıb.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google