Polis Poniçalada 3 narkotik satıcısını həbs edib (VİDEO)
Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı 3 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin şəxslər külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və satışında ittiham olunurlar.

İstintaqla müəyən olunub ki, saxlanılan şəxslər cinayət əməllərinə yetkinlik yaşına çatmayan uşağı da cəlb ediblər. Yeniyetmənin maraqlarının müdafiəsi üçün Sosial Xidmətin əməkdaşları cəlb olunub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və yaxud ömürlük həbs gözləyir.



Print Email
FaceBook Twitter Google