7 yaşlı uşağa qarşı cinsi istismar iddiası ilə istintaq başladılıb
7 yaşlı uşağa qarşı cinsi istismar iddiası ilə istintaq başladılıb. Daxili İşlər Nazirliyindən "İnterpressNews"-a verilən məlumata görə ehtimal olunan təcavüzlə bağlı araşdırma aparılır.

Hadisə Tbilisinin küçələrinin birində baş verib. 7 yaşlı uşağın yetkinlik yaşına çatmış gənc tərəfindən zorakılığa məruz qaldığı bildirilib.

Ailə vəkili işin təfərrüatları barədə heç bir açıqlama verməyib. Onun sözlərinə görə, ailə bu mövzuda danışmaq istəmir.

Mənbə: İnterPressNews
Print