Azərbaycandan Gürcüstana 16,5 milyon rublun qanunsuz keçirilməsinin qarşısı alınıb
Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” gömrük-keçid məntəqəsində ölkəyə külli miqdarda bəyan edilməmiş xarici valyutanın keçirilməsinin qarşısı alınıb.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Gömrükçülər Azərbaycandan daxil olan Gürcüstan vətəndaşına məxsus yük maşınının xüsusi quraşdırılmış gizli saxlanc yerində 16 500 000 rus rublu (760 996,5 lari) aşkarlayıblar.

Yerli qanunvericiliyə müvafiq olaraq pullar müsadirə edilib.

Print Email
FaceBook Twitter Google