Daxili İşlər Nazirliyi Marneuli və Tbilisidə "oğru dünyası" ilə əlaqəli 8 nəfəri saxlayıb (VİDEO)
Daxili İşlər Nazirliyinin əməkdaşları Baş Prokurorluqla aparılmış kompleks əməliyyat və istintaq tədbirləri nəticəsində hakimin qərarına əsasən Tbilisi və Marneulidə səkkiz nəfəri saxlayıblar.

1969-cu il təvəllüdlü P.Q. (Paliko ləqəbli), 1980-ci il təvəllüdlü Z.Q. (Muxo ləqəbli) 1964-cü il təvəllüdlü G.Q. (Gama ləqəbli), 1995-ci il təvəllüdlü V.Q., 1983-cü il təvəllüdlü D.D., 1991-ci il təvəllüdlü D.A., 1983-cü il təvəllüdlü V.Q. (Lapuxa ləqəbli), 1963-cü il təvəllüdlü A.O. "oğru dünyası"-na üzv olmaq, "oğru dünyası" fəaliyyətinə dəstək, "oğru dünyası"-na üzv olmaq üçün müraciət etmək ittihamı ilə saxlanılıb.

Törədilmiş cinayətə görə 3 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulur.

İstintaqla vətəndaşlardan birinin təqsirləndirilən A.O. ilə faiz borcuna görə maliyyə mübahisəsi olduğu üzə çıxıb.

A.O., mübahisəli məsələni "oğru qaydaları"-na uyğun olaraq müzakirə etmək və mübahisəni onun xeyrinə həll etmək üçün müttəhimlərdən biri - D.A. vasitəsilə "oğru dünyası" üzvləri və təqsirləndirilən şəxslərlə əlaqə qurub. Bu şəxslər A.O.-ya öz maddi faydaları müqabilində yardım vəd ediblər.

Təqsirləndirilənlər 2021-ci ilin aprel və mart aylarında Tbilisin rayonlarından birindəki yaşayış evindəki maliyyə mübahisəsini "oğru" qaydasında həll etməyə çalışıblar.

Mübahisənin "oğru qaydası" ilə həll edilməsi nəticəsində alınan qərara görə, fəaliyyəti "oğru" qaydalarına uyğun gəlmədiyi üçün zərərçəkənin borcu ödəyəcək şəxs - A.O-dan 26 min ABŞ dollarını ala bilməyəcəyi qərarı verilib.

Polis axtarış nəticəsində "oğru dünyası"-nın üzvlərinin bir-biri ilə əlaqə qurmaq üçün istifadə etdikləri komputer və mobil telefonları ələ keçirib.

Faktla bağlı, Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsi ilə istintaq başladılıb.


წყარო: police.ge
Print Email
FaceBook Twitter Google