Daxili İşlər Nazirliyi Kutaisi Hava limanında və Batumidə 5 əcnəbi vətəndaşı saxlayıb (VİDEO)
Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Imereti Baş İdarəsinin İstintaq Şöbəsinin əməkdaşları Kutaisidəki Davit Ağmaşenebeli Beynəlxalq Hava Limanında və Batumidə 5 əcnəbi vətəndaşı saxlayıblar.

Saxlanılan Türkiyə Cümhuriyyəti vətəndaşları:

1996-cı il təvəllüdlü H.B., 1992-ci il təvəllüdlü B.İ., 2002-ci il təvəllüdlü İ.Ç. və 1985-ci il təvəllüdlü Ç.Ç., Gürcüstanın dövlət sərhədini qanunsuz olaraq keçməkdə və saxta sənədlərdən istifadə etməkdə günahlandırılır. Türkiyə Respublikasının vətəndaşı 1964-cü il təvəllüdlü İ.Ş., Gürcüstan dövlət sərhədindən iki və ya daha çox miqrantı qaçaq yollarla keçirməkdə günahlandırılıb.

Törədilmiş cinayətə görə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur.

İstintaq dörd Türk vətəndaşının - H.B., B.I., Ç.Ç., və İ.Ş.-nin saxta oturma izni təqdim etdiklərini təsbit edib. Təqsirləndirilən şəxslər Kutaisi-Milan reysi ilə Milana uçacaqdılar. Yuxarıda göstərilən şəxslərin qanunsuz keçid təşkilini də Türkiyə Cümhuriyyəti vətəndaşı - İ.Ş-nın həyata keçirəcəyi müəyyənləşdirilib.

Polis pasport nəzarəti zamanı təqsirləndirilən şəxslərin təqdim etdiyi saxta sənədləri ələ keçirib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi, 362-ci maddənin 1-ci hissəsi, 344-cü maddəsinin 2-ci hissəsinin, “b” və “e” bəndlərinə əsasən istintaq aparılır.


Mənbə: police.ge
Print Email
FaceBook Twitter Google