Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis
Departamentinin əməkdaşları aparılan operativ istintaq nəticəsində
iki və ya daha çox şəxsə qarşı törədilmiş qəsdən adam öldürməyə
cəhd
və qəsdən adam öldürmə ittihamı ilə 1956-cı il təvəllüdlü Z.K.-nı
isti izlərlə saxlayıblar.
Törədilmiş cinayətə görə 11 ildən 14 ilə qədər həbs cəzası nəzərdə
tutulur.
İstintaq nəticəsində aydın olub ki, müttəhim cari ilin 23 iyul
tarixində Zuqdidi şəhərində, Tolstoy küçəsində yerləşən
yanacaqdoldurma məntəqəsinin yanında, biznes səhmləri ilə bağlı
narazılığa görə, ata-bala – 1959-cu il təvəllüdlü Q.L. və 1981-ci
il təvəllüdlü Q.L.-nı odlu silahdan atəş açaraq yaralayıb.
Aldığı xəsarət nəticəsində 1959-cu il təvəllüdlü Q.L. yerindəcə
dünyasını dəyişib. Digər yaralı kişi isə təcili yardım briqadası
tərəfindən xəstəxanaya yerləşdirilib. Polis operativ tədbirlər
nəticəsində Z.A.-nı baş vermiş hadisədən qısa müddət sonra
Zuqdididə saxlayıb. Cinayətdə istifadə olunmuş silah – iki tapança
maddi sübut kimi müsadirə edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 19-109-cu
maddəsi ilə istintaq aparılır.
Mənbə: police.ge