Sameqrelo polisi iki və ya daha çox şəxsə qarşı törədilmiş qəsdən adam öldürmə faktı ilə bağlı 1 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları aparılan operativ istintaq nəticəsində iki və ya daha çox şəxsə qarşı törədilmiş qəsdən adam öldürməyə cəhd və qəsdən adam öldürmə ittihamı ilə 1956-cı il təvəllüdlü Z.K.-nı isti izlərlə saxlayıblar.
Törədilmiş cinayətə görə 11 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulur.

İstintaq nəticəsində aydın olub ki, müttəhim cari ilin 23 iyul tarixində Zuqdidi şəhərində, Tolstoy küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında, biznes səhmləri ilə bağlı narazılığa görə, ata-bala – 1959-cu il təvəllüdlü Q.L. və 1981-ci il təvəllüdlü Q.L.-nı odlu silahdan atəş açaraq yaralayıb.

Aldığı xəsarət nəticəsində 1959-cu il təvəllüdlü Q.L. yerindəcə dünyasını dəyişib. Digər yaralı kişi isə təcili yardım briqadası tərəfindən xəstəxanaya yerləşdirilib. Polis operativ tədbirlər nəticəsində Z.A.-nı baş vermiş hadisədən qısa müddət sonra Zuqdididə saxlayıb. Cinayətdə istifadə olunmuş silah – iki tapança maddi sübut kimi müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 19-109-cu maddəsi ilə istintaq aparılır.

Mənbə: police.ge
Print