Marneulidə baş verən mübahisə bıçaqlanma ilə nəticələnib
Bu gün, 23 iyul tarixində axşam saatlarında Marneulinin Rustaveli küçəsində bıçaqlanma hadisəsi baş verib.

"Marneuli" radiosu 24News.ge-ə istinadən xəbər verir ki, hadisə nəticəsində orta yaşlı qadın qol nahiyəsindən yaralanıb. Belə ki, iki gənc arasında mübahisə yaranıb. Gənclərdən birinin anası mübahisəyə müdaxilə etmək istəyən zaman təsadüfən qolundan xəsarət alıb.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən, yaralanan qadına ilkin tibbi yardım göstərilib. Mübahisə edən gənclər isə polis tərəfindən saxlanılıb. Bununla yanaşı hadisəyə şahidlik edənlərdən bir neçə nəfər polis tərəfindən dindirilib.

Bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılır.

Print Email
FaceBook Twitter Google