Rustavi həbsxanasında baş verən yanğın nəticəsində iki məhbus ölüb
Rustavi şəhərində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində baş verən yanğın nəticəsində iki nəfər dünyasını dəyişib. Bu barədə məlumatı "İPN"-ə Ədliyyə Nazirliyindən də təsdiqləyiblər. Ölən şəxslərin məhbuslar olduğu bildirilir.

Pentensiar Xidmətdən də “Netqazeti”-yə iki nəfərin öldüyünü təsdiqləyiblər. Amma onların ölənlərin məhbus və ya cəzaçəkmə müəssisəsinin işçiləri olub-olmadığı barədə məlumatları yoxdur.

Qeyd edək ki, həbsxanada yanğın ötən gün 14:20 radələrində baş verib. Mətbəx ərazisində qeydə alınan yanğının söndürülməsində 6 yanğınsöndürən maşın iştirak edib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google