Rustavi şəhərində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində baş
verən yanğın nəticəsində iki nəfər dünyasını dəyişib.
Bu barədə məlumatı "İPN"-ə Ədliyyə Nazirliyindən də təsdiqləyiblər.
Ölən şəxslərin məhbuslar olduğu bildirilir.
Pentensiar Xidmətdən də “Netqazeti”-yə iki nəfərin öldüyünü
təsdiqləyiblər. Amma onların ölənlərin məhbus və ya cəzaçəkmə
müəssisəsinin işçiləri olub-olmadığı barədə məlumatları yoxdur.
Qeyd edək ki, həbsxanada yanğın ötən gün 14:20 radələrində baş
verib. Mətbəx ərazisində qeydə alınan yanğının söndürülməsində 6
yanğınsöndürən maşın iştirak edib.