GIPA Media Lab Kvemo Kartlidə təlimlərin 4-cü sessiyasına başlayır
İştirakçılar fotojurnalistika, sosial medianı öyrənəcəklər, eləcə də multimedia layihələri və sənədli filmlər üzərində işləyəcəklər. Təlimləri İctimai İşlər İnstitutunun (GİPA) lektorları keçəcək.

Təlimlər bir il davam edəcək. İlin sonunda ən yaxşı işin müəllifi müvafiq mükafat alacaq. Mükafatlar arasında Gürcüstan İctimai İşlər İnstitutunda (GİPA) bakalavr və maqistratura proqramlarının maliyyələşdirilməsi də var.

Təlimlərə gənclər – Kvemo Kartli regionundan məktəb şagirdləri və tələbələr iştirak edə bilər.

Aplikasiyanı doldurmaq üçün son tarix 20 oktyabr saat 18:00-dır. İştirak etmək istəyənlər seçimə qədər söhbət mərhələsindən keçəcəklər.

Kvemo Kartli gəncləri üçün aplikasiya:

https://gipamedialab.wufoo.com/forms/qw8ryir1btqveu/?fbclid=IwAR1DuA-tSThj_3BDI3AT-HjzqW2iPrHCSR6rHj4vJZBfXGIgkSbzxCpw7Bo

Print Email
FaceBook Twitter Google