Tbilisidə bir qadın öldürülüb
Gecə saatlarında Tbilisinin Qazapxuli küçəsində bir qadın öldürülüb. Həmin küçədə yaşayan sakinlərin sözlərinə görə, ona bir neçə dəfə atəş açıblar.

Ekspert kriminalistlər gecə saatlarına qədər hadisə yerində işləyiblər.

Daxili İşlər Nazirliyindən bildirilər ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladılıb. Həmin maddə qəsdən adam öldürməni nəzərdə tutur.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google