Şulaveridə yol nəqliyyat hadisəsi baş verib - FOTO
Bu gün, 20 oktyabr tarixində, axşam saatlarında Şulaveridə yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı üç avtomobil – "VAZ-2107", "BMW" və "Mercedess" markalı avtomobillər toqquşub.

Şahidlərin bildirdiyinə görə, yüksək sürətlə hərəkət edən "BMW" əvvəlcə "Mercedes" markalı avtomobilə, daha sonra isə "VAZ-2107" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində 2 nəfərin ağır yaralandığı bildirilir. Yaralılar təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerinə patrul polisi əməkdaşları cəlb olunub.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google