Magistral yolun Qori hissəsində baş verən qəzada 1 nəfər ölüb, 5
nəfər xəsarət alıb.
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qori və Kareli
xəstəxanalarına yerləşdirilib.
Yaralılardan biri piyada, dördü isə avtomobil sərnişinidir.
Qəza bir az əvvəl mərkəzi magistralın Qori-Kareli hissəsində baş
verib.
Toqquşma nəticəsində iki avtomobil alovlanıb.