Qori-Kareli yolunda baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər yaralanıb
Magistral yolun Qori hissəsində baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qori və Kareli xəstəxanalarına yerləşdirilib.

Yaralılardan biri piyada, dördü isə avtomobil sərnişinidir.

Qəza bir az əvvəl mərkəzi magistralın Qori-Kareli hissəsində baş verib.

Toqquşma nəticəsində iki avtomobil alovlanıb.

Mənbə: İnterPressNews
Print