Tbilisidə bir nəfər odlu silahla yaralanıb. Hadisə gecə saatlarında
baş verib.
Yaralı artıq klinikaların birində əməliyyat olunub.
Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə,
faktla bağlı Cinayət Məcəlləsinin 117-ci (qəsdən sağlamlığa ağır
zərər vurma) və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə,
saxlama və gəzdirmə) maddələri ilə araşdırma aparılır.