Tbilisidə bir nəfər yaralanıb
Tbilisidə bir nəfər odlu silahla yaralanıb. Hadisə gecə saatlarında baş verib. Yaralı artıq klinikaların birində əməliyyat olunub.

Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 117-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə araşdırma aparılır.

Mənbə: İnterPressNews
Print