Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları
həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri
və istintaq hərəkətləri nəticəsində Acarıstan regionunda müvafiq
icazə olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktına görə
iki nəfəri məsuliyyətə cəlb ediblər.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə,
istintaq təqsirləndirilən şəxslərin Batumi şəhərində iki fərqli
yerdə oyun biznesi obyektləri qurduqlarını, bir halda stolüstü
qumar oyunları olduğunu müəyyən
edib - qeyri-qanuni olaraq müvafiq
məcburi icazə olmadan həyata keçirilmiş, digər halda isə internet
vasitəsilə Gürcüstan Loto tirajı prosesi xaricdə fəaliyyət göstərən
internet kazinoların internet saytlarında yayımlanmışdır.
“Müəyyən edilib ki, obyektlərin qanuni fəaliyyət
göstərdiyi halda icazə haqqı kimi dövlət büdcəsinə təxminən 350 min
lari daxil edilməlidir.
Bu hərəkət Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci
hissəsi ilə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır”, - məlumatda deyilir.