Polis “Bank of Georgia”dan oğurluqla bağlı bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi “Georgia Bank”dan oğurluq edən bir nəfəri saxlayıb.

Agentliyin yaydığı məlumata görə, Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü İ.C.-nı Tbilisidə quldurluq və qanunsuz olaraq odlu silah almaq, saxlamaq və gəzdirmək ittihamı ilə saxlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət 4 ildən 12
ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il dekabrın 14-də “Bank of Georgia”nın filiallarından birinə basqın edərək, bank işçisdən silah gücünə pul alıb və hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat tədbirləri nəticəsində hadisədən bir neçə saat sonra cinayəti törədən şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət silahını və pulu sübut kimi götürüblər. İstintaq Cinayət Məcəlləsinin 179-cu maddəsinin 3-cü hissəsinin “C” bəndi və 236-cı maddəsinin 3 və 4-cü hissələri ilə aparılır”,
- deyə yayılan məlumatda qeyd olunur.

Print Email
FaceBook Twitter Google