Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Vale” və “Sadaxlo”
gömrük-keçid məntəqələrində qanun pozuntularının qarşısı alınıb.
Gəlirlər Xidmətindən verilən məlumata görə, gömrükçülər şübhə
əsasında Türkiyə və Ermənistan vətəndaşları S.O. və Q.B.-nin
üstlərinə və onlara məxsus əl yüklərinə baxış keçirdikləri zaman
bəyan edilməmiş mobil telefonlar aşkar ediblər.
“Deklarasiya edilməmiş malların ümumi gömrük dəyəri
8548,31 lari təşkil edib.
Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun
olaraq qanunu pozan vətəndaşlar 8548,31 lari məbləğində pul
cəriməsi ilə cəzalandırılıb”, - məlumatda
deyilir.