“Sadaxlo” və “Vale”də bəyan olunmamış mobil telefonların gətirilməsi faktlarının qarşısı alınıb
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Vale” və “Sadaxlo” gömrük-keçid məntəqələrində qanun pozuntularının qarşısı alınıb.

Gəlirlər Xidmətindən verilən məlumata görə, gömrükçülər şübhə əsasında Türkiyə və Ermənistan vətəndaşları S.O. və Q.B.-nin üstlərinə və onlara məxsus əl yüklərinə baxış keçirdikləri zaman bəyan edilməmiş mobil telefonlar aşkar ediblər.

“Deklarasiya edilməmiş malların ümumi gömrük dəyəri 8548,31 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar 8548,31 lari məbləğində pul cəriməsi ilə cəzalandırılıb”,
- məlumatda deyilir.

Mənbə: BPN
Print