Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan
vətəndaşları çobanı bıçaqlayıblar.
“Report”un məlumatına görə, hadisə Çeyrançöl
adlanan ərazidə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb.
Həmin ərazidə çobanlıqla məşğul olan 1969-cu il təvəllüdlü
İsmayılov Alı İsmayıl oğlu bıçaqlanıb. O, xəstəxanaya
yerləşdirilib.
Qeyd edək ki, hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları
olduğu bildirilir. Belə ki, onlar sərhədi qanunsuz keçərək mal-qara
oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər.
Faktla bağlı araşdırma aparılır.