Gürcüstan-Azərbaycan sərhədində çoban bıçaqlanıb
Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar.

“Report”un məlumatına görə, hadisə Çeyrançöl adlanan ərazidə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb.

Həmin ərazidə çobanlıqla məşğul olan 1969-cu il təvəllüdlü İsmayılov Alı İsmayıl oğlu bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları olduğu bildirilir. Belə ki, onlar sərhədi qanunsuz keçərək mal-qara oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az
Print