Bu gün, 20 dekabr tarixində Gürcüstan hüquq mühafizə orqanlarının
əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində 20
narkotik alverçisi saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kriminal Polis
İdarəsinin rəhbəri Teymuraz Kupatadze mətbuata
açıqlamasında
bildirib.
Onun sözlərinə görə, xüsusi əməliyyat eyni vaxtda Tbilisi, Kutaisi
və İmereti regionlarında aparılıb. Saxlanılanlar arasında Gürcüstan
vətəndaşları ilə yanaşı əcnəbilər də var.