Gürcüstanda 20 narkotik alverçisi saxlanılıb
Bu gün, 20 dekabr tarixində Gürcüstan hüquq mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində 20 narkotik alverçisi saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kriminal Polis İdarəsinin rəhbəri Teymuraz Kupatadze mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, xüsusi əməliyyat eyni vaxtda Tbilisi, Kutaisi və İmereti regionlarında aparılıb. Saxlanılanlar arasında Gürcüstan vətəndaşları ilə yanaşı əcnəbilər də var.

Mənbə: apa.az
Print