Cava küçəsində qətl törətməkdə təqsirləndirilən şəxs saxlanıldı - DİN
Daxili İşlər Nazirliyinin məlumatına görə, agentlik qətl törətməkdə təqsirli bilinən şəxsi saxlayıb.

Söhbət dekabrın 23-də Nadzaladevi rayonunda, Cava küçəsində baş verən qətl hadisəsindən gedir.

İstintaqla müəyyən edilib ki, şəxsi münaqişə zəminində təqsirləndirilən şəxs 1976-cı il təvəllüdlü B.O.-ya atəş açaraq yaralayıb və gizlənib. Yaralı hadisə yerində dünyasını dəyişib.


İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər