Candarda yaşayış evi yanıb
1 yanvar tarixində axşam saat 21:30 radələrində Marneulinin Candar kəndində yanğın baş verib. Yanğın nəticəsində ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı xəsarət alan olmayıb. Sakinlər evdən heç bir əşya çıxara bilməyiblər.

Yanğının baş verdiyi əraziyə Fövqaladə Halların İdarəolunması Agentliyinin Marneuli və Koda bölmələrinin əməkdaşları cəlb edilib. Yanğının digər evlərə keçməsinin qarşısı alınıb.

Ehtimala görə, yanğın odun sobasından baş verib.

"Marneuli" Radiosu
Print